28 июн. 2010 г.

Şeir: Sahibəzzaman (ə.f)

Gözlərim yollara dikilib hər an
Ürəyim yollarda qəmli pərişan.
Zülmətdən işığa pənah gətirdim,
Yolların gözlərəm Sahibəzzəman.

Harda işıq gördüm ora yürüdüm,
Dedim nişanədir ondan bəlkə də
Günahlar içrə qul tək süründüm,
Gəlməzsən tərk edər iman bəlkə də.

Dedim səni gözlərəm, sonra unutdum,
Sənsiz sanki susuz səhrayə düşdüm
Görən nədir aramızda böyük uçurum?
Bəlkə də eşqimdə şübhəyə düşdüm.

Bir vaxt günah etdim, sonraysa tövbə,
Allahdan zühuru təcil dilədim,
Həqiqi əmələ çatanda növbə,
Şeytan yolumdaydı, yaman büdrədim.

Sənin ismin mənə şəfa veribdir
Başqa bir kəsi neynirəm ki mən
Necə ki möminlər belə deyibdir,
Yetiş imdadə, yetişginən sən!

Səhəri günahla, gecəni sənlə,
Keçirib nə qədər ağlamaq olar?
Bu qədər həsrətlə bu qədər ünlə,
Yenə də ürəyim tək səni anar.

Günah bizdədir ki, bizdən uzaqsan,
Sənə laiqincə şiə olmadı,
Uzaq olsan da bizə, həmişə dayaqsan
Mövlam bizi darda heç vaxt qoymadı.

Mədədi yenə də səndən istərəm,
Allahın bizlərə ey son hüccəti!
Zalim məhv olacaq, hər an deyirəm:
Allahın hökmüsə, qətidir, qəti!

Комментариев нет:

Отправить комментарий