27 июн. 2010 г.

"Əhli-sünnə" Buxarini niyə bu qədər sevir?

Buxarini digərlərindən daha üstün hesab etmələrinin səbəbləri...

Bu sualın tək cavabı budur: Çünki Buxari;

1- Səhabə, xüsusilə də Əbu Bəkir, Ömər, Osman və Müaviyə əleyhindəki rəvayətləri dəyişdirmişdir. . . Bunu Müaviyə və ondan sonrakı xəlifələr əmr etmişdi.

Buxari Ömər qardaşlığı...

Müslim Səhihinin "Heyz Kitabı, Təyəmmüm Babı"nda yazır:

"Biri Ömərin yanına gələrək; "Mən cənabetli oldum, amma qüsl almaq üçün su tapa bilmədim (nə etməliyəm)?" deyə soruşdu. Ömər; "Namaz qılma!" dedi. Əmmar; "Ey Ömər!" -dedi. "Xatırlamırsanmı, mən və sən bir səfərdəydik, cənabetli olduq və su tapa bilmədik. Sən namaz qılmadın, amma mən torpaqlara bulanaraq namaz qıldım. Rəsulullah da buyurdu ki: "Əllərini yerə vurub torpaqları üfləsəydin və onunla üzünü və əllərinə məsh çəksəydin kafi idi."

Ömər; "Ey Əmmar! Allahdan qorx!" -dedi. Əmmar; "Əgər istəmirsənsə, bu hədisi başqalarına demərəm." deyə cavab verdi.

Səhih Müslim, "Heyz kitabı", "Təyəmmüm babı" hədis: 113


Bu rəvayəti Əbu Davud - Sünəni Əbu Davud. c.1, s.88, h.322
Əhməd ibn Hənbəl - Müsnədi Əhməd c.4, s.265
Nəsai - Sünnəni Nəsai c.1, s.17
İbni Macə - c.1, s.188, h.569
Beyhaqi - Sünəni Beyhaqi, c.1, s.209
də nəql etmişdir.


Amma Buxari, hədisin nəqlində əmanətə riayət etməmiş, Ömərin şərəfini qorumaq üçün xəyanət etmiş və hədislə oynamışdır. Çünki xəlifənin ən sadə dini hökmləri də bilmədiyini xalqın anlamasını istəməmişdir. Baxın indi Buxari "Təyəmmüm Kitabı"nda hədisi necə nəql edir:

"Biri Ömər ibn Xəttabın yanına gələrək dedi ki: "Mən cənabetli oldum və su tapa bilmədim." Əmmar ibn Yasir, Ömərə dedi ki: "Xatırlayırsanmı, mən və sən bir səfərdəydik...."

Hədis 5


Gördüyünüz kimi Buxari, Ömər ibn Xəttabın, "Namaz qılma!" dediyini qeyd etməmişdir. Çünki o, xalqın, Rəsulullahın zamanında belə Quran və sünnənin qarşısında ictihad edərək öz fikirləriylə əməl edən Ömərin belə bir məzhəbi olduğunu bilməsini istəmirdi. Halbuki, Ömər xəlifə olduqdan sonra da eyni məzhəbə sahib idi və bunu Müsəlmanların arasında yaymağa çalışırdı. İbni Həcər bu mövzuda yazır:

"Bu, Ömərin məşhur məzhəbidir."( Ömərin, bu məzhəbində olduqca ciddi olduğunun dəlili, Əmmarın bu sözüdür: "Əgər istəmirsənsə, bunu kimsəyə söyləmərəm."

2- Rəsulullahın (sallallahu əleyhi və alih) məsumluğu ilə uyğunlaşmayan və onu səhvlər işləyən normal bir insan kimi göstərən uydurma rəvayətləri bol şəkildə nəql etmişdir... Bunu əsrlər boyu çoxlu xəlifələr arzulamışdı.

3- Xüsusilə ilk üç xəlifənin Hz. Əlidən üstün olduqlarını göstərən rəvayətləri bol şəkildə nəql etmişdir... Müaviyə xüsusilə bu vəsilə ilə Hz. Əlinin adını tarixdən silmək istəyirdi.

4- Əhli Beyti tənqid edən uydurma hədisləri nəql etmişdir.

5- Qəza və qədər mövzusunda cəbri təsdiqləyən rəvayətləri nəql etmişdir... Əməvi və Abbasi xəlifələri, ümmətin üzərindəki rəhbərliyini qoruya bilmək üçün bu inancı yayırdılar.

6- Xalqı yatırtmaq üçün əfsanələrə bənzəyən axmaqlıqları rəvayət etmişdir... Buxarinin dövründəki xəlifələr də bunu istəyirdilər. Nümunə olaraq bu rəvayətə diqqət yetirin:


حَدَّثَنَا نُعَيْمُ بْنُ حَمَّادٍ، حَدَّثَنَا هُشَيْمٌ، عَنْ حُصَيْنٍ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ، قَالَ رَأَيْتُ فِي الْجَاهِلِيَّةِ قِرْدَةً اجْتَمَعَ عَلَيْهَا قِرَدَةٌ قَدْ زَنَتْ، فَرَجَمُوهَا فَرَجَمْتُهَا مَعَهُمْ‏



Əmr bin Meymun rəvayət etdi: Cahiliyyət dövründə zina etmiş bir meymunun başına çoxlu meymunların toplaşdığını görmüşdüm. Meymunlar onu (zina etmiş meymunu) daşlayırdılar. Mən də meymunlara qoşulub onu daşladım.


Əl-Buxari "Səhih" 3897-ci hədis
باب الْقَسَامَةُ فِي الْجَاهِلِيَّةِ
http://al-eman.com/hadeeth/viewchp.asp?BID=13&CID=130&SW=3897#SR1

Türk dilində 68-ci hədis

Bəlkə də Allah Təala meymunlara rəhm etdi də onları cənnətdən çıxardıqdan sonra, cahiliyyə dövründə onlara fərz etdiyi "rəcm" hökmünü ləğv edərək İslam gəlincə zinanı onlara halal etdi! Buna görə Rəsulullahın (sallallahu əleyhi və alih) besətindən sonra heç bir müsəlman zina edən bir meymunu daşladığını və ya onun meymunlar tərəfindən daşlandığını gördüyünü iddia etməmişdir!

Комментариев нет:

Отправить комментарий