27 июн. 2010 г.

Həzrəti Əli (ə.s) üçün Günəşin batması təxirə salındı

Bismillah.
Peyğəmbərin möcüzələrindən biri də "Günəşin qayıtması"dır. Əvvəlcə, "14 məsumdan möcüzələr" kitabından bu hədisi gətirək, şiə mənbəsi ilə:

GÜNƏŞİN QAYITMASI

Həzrəti Mühəmməd(s), Əlini(ə.s) bir iş dalınca göndərdi. Əsr namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli(ə.s) qayıtmamışdı. Əli(ə) Peyğəmbərin(s) yanına gələndən sonra, Peyğəmbər(s) başını paltarına büküb, Əlinin(ə) dizi üzərinə qoyub, Allah tərəfindən gələn vəhyi, günəş batmasına bir az qalmışa qədər dinləməyə (eşitməyə) məşğul oldu. Vəhy sona yetəndən sonra Həzrət(s), Əlidən(ə.s) sual etdi: Əsr namazını qılmısan?
Əli(ə) cavab verdi: Xeyr, Ya Rəsuləllah! Sizin mübarək başınızı dizimin üzərindən götürə bilmədim.
Peyğəmbər(s) duaya ələ götürüb dedi: İlahi! Əli sən və sənin Rəsulunun itaətinə məşğul idi. Bəs günəşi onun üçün qaytar!
Əsma deyir: And olsun Allaha! Gördüm günəş qayıtdı və onun nuru ətrafa yayıldı. Əsr namazının fəzilətli zamanı qayıtdı. Əli(ə) namazını qıldı və yenidən günəş qüruba endi.
(Biharul Ənvar, 17-ci cild, səhifə 359)

http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081214045957

Bu hədisi qəbul etməyənlərə baxdıqda, görürük ki, arasında vəhhabilərin ulu öndərləri yer alıb:

1. Əli ibn-Mədini (ət-Tac əs-Sübki Təbəqə tüş-Şafiıyyətit Kübra: 2/150)

2. Əhməd b. Hənbəl: Bu iki şəxs: "Bunun əsli yoxdur ".demişdir.

3. İbnül-Cəvzi, "Məvzuat" (1/355-357)

4.İbn Teymiyyə "Minhacüs sünnə" (4/185-195)

5.Zəhəbi (baxın. İbn Arrak, Tənzihüş-Şəriati Mərfua (1/379-380))

6.İbn Qəyyum "Əl-Cövziyyə" (s. 57)

7.İbn Kəsir (Əl-Bidayə vən-Nihayə: 1/323)

8. Hafiz Dələci.

Ancaq hədisi qəbul edən əhli sünnə alimləri qəbul etməyənlərdən 2 dəfə çoxdur. Həmçinin öz əsərlərində bə`zi maraqlı nüansları qeyd ediblər.

1. İmam Əhməd ibn Saleh əl-Mısri,
2. İmam Tahavi: "Müşkilül-Əsər" (2/8-11)
3. Əbul-Qasim əl-Əmiri,
4. Hakim Nişapuri,
5. Beyhəqi "Dəlaiün-Nübüvvə" kitabında,
6. Qazi İyaz "Şəfa" kitabında,
7. Hafiz Heysəmi, "Məcmaüz-Zəvaid"də (8/297),
8. Hafiz Vəliyyüddin ibn Zeynəddin İraqi "Tərh əl-Təsrib" (7/247)

Bu hədisin səhih olduğuna hökm etmişlər.

9. Hafiz İbn Hacər "Fəthül-Bari" (6/155)

Bu hədisin səhih olduğuna hökm etmişdir.

Hafiz İbn Hacər; bu mövzuya "Qənimətlər sizə halal edildi" başlıqlı babda yer alan bu hədisi açıqlayarkən təmas etmişdir:

Əbu Hureyredən rəvayət edildiyinə görə; Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:

32
-.......Əbu Hureyra....

......"Peyğəmbər bu təlimatı verdikdən sonra gazaya getdi və nəhayət ikindi namazı vaxtında yaxud buna yaxın bir zamanda fəth edəcəyi diyara yaxınlaşanda günəşə xitab olaraq: "Sən bir məmursan, mən də bir məmuram" - dedi və: "Ya Allah! Bu günəşi bizim üzərimizdə bir az dayandır!" - deyə dua etdi. Ardınca Allah bu peyğəmbərə fəth verənə qədər günəş onun üzərində dayandırıldı. Nəticədə o peyğəmbər qənimətləri yığdı......

"Səhih Buxari", "Xüms kitabı", "Peyğəmbərin "Qənimətlər sizə halal qılındı" sözü babı" Hədis 32

Qeyd: "Səhih Müslimdə" də bu hədis keçməkdədir. Bax: "Səhih Müslim" , "Cihad" kitabı, "Qənimətlərin xüsusiyyətən bu ümmətə halal qılınması" Babı. Hədis 1427


İbn Hacər:

"Qazı İyaz belə demişdir: Hədisdə keçən Allahın Nəbisi Yuşa ibn Nun (ə.s) üçün Günəşin dayanması mövzusunda fərqli görüşlər irəli sürülmüşdür. Bir görüşə görə bir az əvvəlki vəziyyətə qaytarılmışdır.

Bir görüşə görə dayandırılmışdır. Bir başqa görüşə görə günəşin hərəkəti yavaşladılmışdır. Üç görüş də ehtimal daxilindədir.

İbn Battal və başqalarına görə üçüncü görüş seçimə daha layiq olan görüşdür."

"Tahavi, "Məcməul Kəbir" müəllifi Təbərani, Hakim və "Dəlail" müəllifi Beyhəqi, Əsmə b. Umeys ®-dan bu hədisi rəvayət etmişlər: "Peyğəmbərimiz (s.ə.v), Hz. Əlinin dizində yatıb Hz. Əli ikindi namazını keçirəndə günəş qaytarıldı. Hz. Əli ® namazını qıldıqdan sonra batdı." Bu hədis, son dərəcə üstün bir möcüzədir.

İbnül-Cövzi, Hz. Əli üçün günəşin qaytarılması hədisini uydurma hədislər arasında zikr etməklə; eyni şəkildə ibn Teymiyyə də bu hədisin uydurma olduğunu iddia edərək Rafizilərə Rədd üçün yazdığı kitabında bunu zikr etməklə səhv etmişlər."

10. Qəstəlani "Məvahibul-Ləduniyyə" ((5/113-118)
11. Suyuti "Əl Ləyali Məsnu" (1/336-341) bu mövzuda İbn Hacərə tabe olmuşdur.
12. Eyni şəkildə Hafiz Məhəmməd b. Yusuf əs-Salehi,
13. Səhavi "əl-Məqasıdül Həsənə"də (s. 226),
14. İbn Arrak "Tənzih"də (1/378-382)
15. Əliyyül-Qari "Şərhuş-Şifa" (1/589-590),
16. Acluni, "Kəşfül-Hafa" (1/516) Rəddüş-Şəms mövzusunda,
17. Kövsəri "Makaiaf"da (s. 470) "Təhavinin əsərləri" başlıqlı məqaləsində bu hədisin sənədlərini yığıb hədisin səhih olduğuna hökm etmişlər.

Комментариев нет:

Отправить комментарий