30 июн. 2010 г.

Müaviyə ibn Əbu Süfyan

Ibn Abbas nəql edib:
- Bir gün həzrət Məhəmməd (s) mənə dedi;- “Get Muaviyəni mənim yanıma çağır” Mən Muaviyəni çağırmağa getdim. Muaviyə dedi:- mən yemək yeyirəm. Mən peygəmbərin yanına qayıdıb Muaviyənin yemək yediyi üçün gəlmədiyini xəbər verdim. Peygəmbər (s) yenidən təkidlə Muaviyəni çağırmağı əmr etdi. Mən ikinci dəfə yenə də onun yeməyə məşğul olduğunu xəbər verəndə peygəmbər (s) dedi:-“Allah heç vaxt onun qarnını doyuzdurmasın” 
(Səhih Muslim kitabul-birr, bab mən lənəhunnəbiy. 4 /2010, 9 /2604) 
“Rəsulullahın (s) Muaviyəyə nifrin etməsinin nəticəsi bu oldu ki, gündə yeddi dəfə çoxlu ətli xörəklər, halva və meyvələr yeyirdi. Muaviyə həmişə yeyib deyərdi yeməkdən doydum amma qarnım doymadı” 
(əl-Bidayə vən-nihayə hicrətin 60-cı ilinin hadisələri, Muaviyənin tərcümeyi halı 8/128)
"...Abdullah İbn Bureydə nəql edir: Mən və atam Müaviyənin yanına gedib xalçasının üstündə əyləşdik. Bizim üçün yemək gətirdilər və biz o yeməyi yedik. Sonra süfrəyə şərab gəldi. Müaviyə şərabdan içdi. Ondan sonra atam şərab içərək dedi: Peyğəmbər (s) şərabı haram etdiyi gündən bəri şərab içməmişdim... 
("Müsnədu Əhməd", 5/347).

Müaviyə tərəfindən Mədinə valisi Mərvan ibn Hakim, Əbdürrəhman ibn Sincan adında bir adama şərab içdi deyə şəriət ehkamına görə 80 dəyənək vurdurdu. Müaviyə onun adamlarından olduğu üçün xəbəri alanda Mərvana qəzəblənir və onu bir məktubla danlayır və deyir ki "bu adam Şam şərabı içdi ki o haram deyil."

İbni Hacər İsabə kitabı 2/402

Şəddad ibn Ovs Muaviyənin yanına gəldi. Gördü ki, Muaviyə və Əmr ibn As yanaşı oturublar. Şəddad ibn Ovs onların arasında özünə yer edib oturdu və onlara dedi:-Bilirsiniz mən niyə sizin aranızda oturdum? Mən peygəmbərdən eşitdim, o həzrət buyurdu:-“Hər vaxt o iki nəfəri birlikdə gördünüz onları tez biri-digərindən ayırın. Çünki onlar yalnız fitnə törətmək üçün birləşərlər” Mən də sizi ayırmaq üçün aranıza girdim. 
(Məcməuz-zəvaid və mənul-fəvaid, bab ma caə fil-sulh 7/248)


حدثنا يوسف بن موسى قال: حدثنا جرير بن عبد الحميد حدثنا إسماعيل بن أبي خالد والأعمش عن الحسن قال: قال رسول الله صلى الله عليه وسلم: إذا رأيتم معاوية على منبري فاقتلوه

Yusif b. Musa__Cureyr b. Əbdul-Həmid__İsmayıl b. Əbu Xalid__Ə`məş__Həsəndən rəvayət edir: Peyğəmbər s.a.s. dedi: Müaviyəni minbərimdə görsəniz öldürün!

1.Yusif b. Musa Əbu Yəqub Əl-Kufi__Buxarı, Əbu Davud, İbn Macə, Tirmizi, Nəsai, İbn Xuzeymənin ravilərindən biridir.

2.Cureyr b. Əbdul-Həmid Əbu Əbdullah Ər-Razi__Əhli-sünnənin mö`təbər altı kitablarının ravilərindəndir.

3.İsmayıl b. Əbu Xalid Əl-Kufi__Əhli-sünnənin mö`təbər altı kitablarının ravilərindəndir.

4.Ə`məş Süleyman b. Mehran Əbu Muhəmməd __Əhli-sünnənin mö`təbər altı kitablarının ravilərindəndir.

5. Əl-Həsən Əl-Bəsri__Əhli-sünnənin mö`təbər altı kitablarının ravilərindəndir.


Hucrun öldürüləcəyi xəbərini alan Aişə, Müaviyəyə adam göndərib öldürülməməsini istədi. Adam Şama gəldiyində öldürüldüyünü gördü.

Sünni məzhəbinin öndərlərindən Həsən Bəsri bu hadisə haqqında bu məşhur fətvasını vermiş və demişdir ki
"Müaviyənin dörd böyük günahı var ki hər birisi cəhənnəmə gedəcəyinə səbəb ola bilər." daha sonra bu maddələri sıralayır.
1) xilafəti qılınc gücüylə alması
2) içkici və pozğun oğulu Yezidi vəliəhd etməsi
3) zinadan doğulma Ziyadı soyuna alması
4) Hucr və yoldaşlarını öldürməsi,
Hucr və yoldaşlarından ötəri vay onun halınaa və son sözü üç dəfə təkrarlayır.
Müaviyə deyir ki "planımızı dəyişdirməklə siyasi tarazlıqlarımızın daha pis bir nəticəyə çatacağından qorxmasaydıq Hucru öldürməkdən vaz keçərdik"
 İbn Əsir, hicri 51-ci ilə aid hissə

Əgər Müaviyyəni mənim minbərimdə görsəniz qarnını yırtın və ya öldürün.
Tehzib-üt Tehzib İbin-i Hacer'in c. 7 s. 324, Tarih-üt Taberi c. 10 s. 85, Tarih-ül Hatib c. 12 s. 181, Künuz-ül Hakaik s. 10 Menavi'nin, Şerh-i Nehc-ül Belağa İbn-i Ebu-l Hadid'in c. 1 s. 348, Tarih-ül Kebir Belazuri'nin ve ayrıca bkz. El-Ğadir c. 10 s. 142

Müaviyyə (l) Hz Əlini (ə) söymələri üçün əmr verdi. 

(Səhihi Müslim c. 2, s. 360 / Səhihi Tirmizi c. 5, s. 301, Hədis Nömrə: 3808 / əl-Hakim Nişaburinin "Müstədrək ələs-Səhiheyn" c. 3, s. 109 və digər mənbələr)
İbni Sad deyir:
bizə Mühəmməd ibn Übeyd əl-Şubi və Yunus ibni Əbi İşaqdan, o isə öz atasından rəvayət etdi ki, imam Həsən Müaviyyədən xahiş etdi ki, onun atası Əlini lənətləməsin. Müaviyyə ona rədd cavabı verəndə isə imam Həsən dedi: Atamı lənətləmə, axı onun ruhu bunu eşidir.
Tarih Kamil cild 2
Siar alam al-nubala İmam Zəhəbi, cild 3 səh. 263

Qeyd - Allah Rəsulu buyurub:
"Əlini söyən məni söymüşdür"
Hakim Müstədrək kitabı 3/121 və 6/323, həmçinin

1. Əl Həsais Ən Nisai s.24

2. İbni Əsakirin "Tarixi Dəməşq" c.2 s.184

3. Müntəhabul Kənz c.5 s.30

4. Tarixül Hüləfa s.73

5. Fəthül Kəbir c.3 s.196

6. Zəhariul Uqba s.66 və s.

Müaviyənin son arzusu, ölmədən əvvəl "İsti bir gündə sərin şərab içib uşaqlarını seyr etmək" idi.
Müsnədi Əhməd ibn Hənbəl C. 5, S. 347; İbni Əsakir "Tarixi Mədinəti Dəməşq" C. 7, S. 311; Əmini "əl-Qədir" C. 10, S. 189)

Abdullah ibn Ömər dedi ki:
"Rəsulullah: "Sizə sünnətim xaricində öləcək bir şəxs gələcək,"- buyurdu. Sonra Müaviyə gəldi."
(Nasir ibn Müzahimin "Saffayn" kitabında s. 247 / Tarixi Təbəri c. 11, s. 357)


Müaviyə Maliki Əştəri Misir yolunda zəhərli balla zəhərlədib öldürtdü, sonra da minbərə çıxıb belə dedi:
"Əlinin iki yoldaşı vardı, birinin işini Sıffeyndə (Əmmar ibn Yasiri) bitirdim, digərininkini (Maliki Əştəri) bu gün."
Tarixi Təbəri C. 4, S. 187; İbni Əsir C. 3, S. 233

Səhih hədisdə Peyğəmbər Əmmara buyurub:
“Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər.” 

29 июн. 2010 г.

Mütə barədə Həzrəti Əliyə (ə.s) istinad edilən hədisə cavab

  • Məhəmməd bin Əli Əli bin Əbu Talibdən –radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996)
Yalnız Buxari ilə Müslimdə, tam yeddi səhabədən gələn rəvayətlər, o gün tək eşşəklərin ətinin haram qılındığını ifadə edir və bu rəvayətlərin heç birində "Mütə nikahı"na yer verilmir. Bu səhabələr bunlardır:

1. Abdullah b. Ömər
25- ....... İbni Ömərdən rəvayət etdilər. (Belə deyib): Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) Xeybər (hərbi) günü əhli eşşəkləri (yeməyi) qadağan etdi. İnsanlar onlara möhtac olmuşdular. 
Səhih Müslim, "Ov, kəsilən və əti yeyilən heyvanlar bəhsi" kitabı, "Əhli eşşək ətlərinin haram qılınması" babı
Həmçinin Səhih Buxari Məğazi kitabı. Türkçə 238-239-cu hədislər 

2. Cabir b. Abdillah

240-...Cabir ibn Abdillah ®: Rəsulullah (S) Xeybər günü ev eşşəklərin ətlərindən nəhy etdi...
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı 

3. Abdullah b. Əbi Əvfa

62-....... Mən Abdullah ibn Əbi Əvfadan eşitdim............Qazanları aşırdın və əsla eşşəklərin ətlərindən heç bir şey yeməyin! .......

"Səhih Buxari", Xüms Kitabı, 20-ci bab "Mücahidin Hərb Sahəsində Ələ keçirəcəyi yemək maddələrinin hökmü"
Həmçinin "Səhih Buxari" Məğazi kitabı. Türkçə 241,242,243-cü hədislər 

4. Abdullah b. Abbas

246-.......İbn Abbas ®: Bunlar insanların yük daşıma heyvanları olduğu üçün, bunları yemək səbəbiylə yük heyvanlarının yox olub getmələrini istəmədiyi üçünmü Rəsulullah bundan nəhy etdi, yaxud Xeybər günündə mütləq olaraq ev eşşək ətlərini harammı etdi, bilmirəm, demişdir.

"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı 

5. Sələmə b. Ekva

218-.......Sələmə b. Ekva ® belə demişdir:....

.......
Peyğəmbər:
- "Bu atəşlər nədir, nə üçün yandırırlar?"- deyə soruşdu.
Səhabələr:
- Ət bişirmək üçün yandırdılar,- deyə cavab verdilər.
Peyğəmbər:
- "Hansı ət, nə əti üçün?" deyə soruşdu.
Səhabələr:
- "Ev eşşəklərin əti" - deyə cavab verdilər. Peyğəmbər:
- "O ətləri tökün, qabları da qırın!" - buyurdu....

"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı 

6. Ənəs b. Malik

220-.......Ənəs ibn Malik ® belə demişdir: .......
....- Allah və Rəsulu sizləri eşşək ətlərindən nəhy edərlər. Çünki eşşək ətləri murdardır! - deyə söylədi.

"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
Həmçinin 221-ci hədis (türkçə)

7. Bəra b. Azib

245-.......əl-Bəra ibn Azib ®: Peyğəmbər (S), Xeybər qəzvəsində bizlərə ev eşşək ətlərini çiy olaraq və bişmiş olaraq atmamızı əmr etdi. Sonra bir daha onları yeməyi əmr etmədi, demişdir.
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
Həmçinin 244-cü hədis (türkçə)

Etiraz: Hz. Əli (ə.s) "Peyğəmbərin (s) Xeybərin fəth edildiyi günlərdə Mütə nikahını və ev eşşəklərin ətini yeməyi qadağan etdiyini" rəvayət edir. Bu rəvayət aşağıdakı rəvayətlə ziddiyyət təşkil etmirmi?

Hz Əli : "Ömər mütəni qadağan etməsə idi, çox az (bəzi rəvayətlərdə azğın) adamdan başqa, heç kəs zina etməzdi" (Təbəri 5/9, Razi 10/50 və s.) 

Cavab: 
1. Bu rəvayət alimlərin etirazına səbəb olub. Xüsusilə Süfyan əs-Sövri (Beyhəqi 7/201-202, ibn Hacər "Əl Fəth" 12/210-211) başda olmaqla bütün siyər üləması, Mütə nikahının Xeybərdə leyhinə və ya əleyhdə, heç bir şəkildə gündəmə gəlmədiyini; bu səbəbdən rəvayətdə səhv olduğunu söyləyirlər. (ən-Nəvəvi, IX, 180~181; əz-Zeyləi, "Nasbur-Rayə":III, 178~179; əl-Ayni, XIV, 254; İbn Hacər, Fəthul-Bari: XII, 210~211; əl-Qəstalani, İrşadüs-Sari:VI, 299, VIII, 35; əş-Şövkani, "Neylül-Övtar" VII, 230; Davudoğlu, Müslim şərhi: IX, 178)

İbni-Qəyyum əl-Cövzi deyir ki:
"Səhih (doğru) olan, Mütənın Məkkə fəthində haram qılınmış olduğudur... Çünki o gün Xeybərdə Müsəlman qadınlar yox idi; Yəhudi qadınlar vardı. Əhli kitab olan qadınlarla evlilik isə hələ mübah qılınmamışdı. Bu mübahlıq daha sonra, Maidə surəsiylə təsdiqləndi." ("Zadül-Məad" II, 183 həmçinin bax 183-184, IV, 6)

2. Hədisin bəzi rəvayətlərində, mövzunun Hz. Əli ilə Abdullah b. Abbas arasında olan "Mütə nikahı" ilə əlaqədar mübahisə zamanı gündəmə gəldiyi görülür. Rəvayətə görə İmam Əli, İbn Abbası Mütəyə icazə verdiyi üçün danlayır və "Xeybər hədisi"ni oxuyur!!! Abdullah b. Abbas ömürünün sonuna qədər Mütə nikahının caiz olması fikrində qalmışdır. Bu rəvayətdən Abdullahın İmam Əliyə fikir vermədiyi aydın olur. Halbuki bu heç mümkün deyil; çünki birazca olsun tarix bilənlər, Abdullah ilə İmam Əlini (ə.s) araşdıranlar, onların bir-birinə nə qədər yaxın olduğunu, Abdullahın İmam Əliyə nə qədər güvənib etimad etdiyini əsla inkar edə bilməzlər. Belə bir İbn Abbasın, Əlinin nəql etdiyi bir hədisə baxmayaraq fətvasında müqavimət göstərməsi heç mümkündürmü görəsən!? Üstəlik bu söz də Abdullaha aiddir: "Bir mövzuda Əli b. Əbi Talibin fətvası etibarlı bir yolla bizə çatdığı təqdirdə, əsla ondan kənara çıxmarıq!" ( Əhli sünnət üləması İbn Abbasın bu sözünü səhih sənədlərlə rəvayət edirlər: İbn Sad, "Ət Təbəqat" 2/338, İbn Əbdil Bər "Əl İstiab 3/40, ibn Hacər "Əl İsabə" 2/509)

3. Xeybər hədisinin bütün rəvayət yolları İbn Şihab əz-Zühridə birləşir. əz-Zühri, hər nə qədər Əhli Sünnə qardaşlarımızın "çox siğə bir hədis hafizi" sayıb rəvayətlərinə çox güvəndikləri biri olsa da biz eyni qənaətdə deyilik. Bizim tərəfimizdən o çox məhkum bir ravidir və rəvayətlərinə güvənməyimiz mümkün deyil.

a) İbn Şihab əz-Zühri, Urve b. Zübeyr ilə hər fürsətdə bir araya gəlib İmam Əliyə (ə.s) sataşan və ona olan düşmənliklərini aşkar edən iki yaxın! Bu mövzuda etibarlı yollarla gələn bir çox rəvayət vardır ( İbn Əbil-Hədid, IV, 102 )

b) əz-Zühri həmçinin, Əbdülməlik b. Mərvan kimi böyük qan tökücü Əməvi sultanlarının məclis yoldaşlarındandır! (İbn Sad, VII, 447 Eyni yerdə o məşhur diktatorun hədiyyə(!)lərinə məzhər olduğu da qeyd edilib.)

c) İbn Sa'dın Buxari ilə Müslimin şərtlərinə görə səhih bir sənədlə rəvayətinə görə, biri əz-Zühriyə gələrək, dişləri qızıl tellərlə bağlamanın hökmünü soruşur. O da "qorxusu yoxdur" deyir. Bu olsa dərd yarı. Əsl problem, əz-Zührinin bu fətvanı verərkən Əbdülməlik b. Mərvanı mənbə göstərməsidir. əz-Zühri, "Əbdülməlik b. Mərvan da dişlərini qızılla bağlatmışdı!" deyərək, "Qorxusu yoxdur; əgər olsaydı Əbdülməlik etməzdi!" -demək istəyir. Tək bir valinin, Həccaci Zalımın, yersiz səbəblərlə, bir çoxu Əhli Beyt tərəfdarı 100.000-dən çox baş kəsməsini təsdiqləyən belə bir diktatorun tətbiqini dəlil göstərmək; bir möminə yaraşarmı!?

d) Həmçinin əz-Zühri tədlis ilə də məşhur biridir. (əz-Zəhəbi, IV, 40) Yəni rəvayət etdiyi hədisin başqaların tərəfindən etibarlı sayıla bilməsi üçün sənəddə və daha başqa yerlərdə oynama edə bilir!!! əz-Zührinin hədislərin mətn və sənədlərində etdiyi oynamalara nümunə görmək istəyirsinizsə; onun rəvayət etdiyi hədislərə "səyahət etməlisiniz"

e) Yəhya b. Main belə "O Ümeyyə oğullarına çalışardı!" dedikdən (Hakim, əl-Maarifə:54) sonra, əz-Zührini kim siğə sayırsa saysın, bir qiyməti varmı?

4. Yuxarıda 7 səhabədən hədis gətirdik ki, ancaq eşşək əti haram edilmişdir. Mütənin haram edilməyi barədə o hədislərdə heç bir şey yoxdur. Bu yeddi səhabədən gələn rəvayətlərin heç birisinin sənədində İbn Şihab əz-Zührinin adına rast gəlmirik. Aydındır ki, Xeybər hədisindəki "Mütə nikahının qadağan edilməsi" tamamilə İbn Şihabın əməlidir və bunu xüsusilə İmam Əlidən gələn rəvayətə daxil etməsi də mənasız deyil!

Həmçinin, İmam Əliyə aid edilən bu rəvayət, olsa-olsa Mütənin o gün qadağan edildiyini ifadə edir. Mütənin bir neçə dəfə qadağan edilib ardından icazə verildiyini (biz qəbul etməsək də) Əhli Sünnə qardaşlarımız qəbul edir. O zaman burada yenə bir problem yoxdur. Əgər rəvayətdə "sonsuza qədər" haram qılındığına dair bir qeyd olsaydı, o zaman burada etiraza yer olardı.

Qısacası bu etirazın mənası yoxdur və İmama aid edilən bu rəvayət tamamilə əz-Zührinin uydurmasıdır. Buradan İmam (ə.s) ilə Abdullah b. Abbasın mübahisə etdiyini ifadə edən rəvayətin də əsassız olduğu aydın olur.

28 июн. 2010 г.

"Cənnətlə müjdələnən səhabələr" hədisi

1. Səhih Buxari və Səhih Müslimdə bu hədis (cənnətlə müjdələnənlər) yoxdur.

2. Bu hədis cəmi 2 səhabə tərəfindən nəql olunur ki, onlar da həmən 10 nəfərin içindədirlər. Biri Əbdürrəhman ibn Afv, digər Səid ibn Zeyd. Burada şübhə yaranır. Həmin şəxslər özlərini mədh də edə bilərlər.

3. Əgər 3-cü ravi kimi Əbdürrəhman ibn Həmidi misal gətirsəz, nəzərə alsaq ki o da atasından (Həmid Əbdürrəhman Əz-Zuhri ) nəql edib, üstəlik atası da bir dəfə Əbdürrəhman ibn Afvdan (yuxarıda adı çəkilib), bir dəfə də peyğəmbərdən nəql edib.
- əz-Zuhri səhabə deyil tabeidir. Demək ki Rəsuləllahdan nəql etməyi doğru deyil
- Əbdürrəhman ibn Afvdan da nəql etməyi doğru deyil. Çünki Həmid Əbdürrəhman Əz-Zuhri ibn Afvın ölümündən bir il sonra və ya həmən il dünyaya göz açıb. 1 yaşındakı uşaqmı rəvayət edəcək? ("Təhzibüt Təhzib")

4. Rəvayəti nəql edən Səid ibn Zeyd. Bu hədis 2 sənədlə ondan nəql edilib. Hədisi Səid Müaviyyə dövründə Kufədə, Kufə məscidində nəql edib.
Bu qədər zaman keçməyinə baxmayaraq Səid ibn Zeyd nə üçün bu hədisi əvvəllər nəql etməyib? Halbuki o vaxta qədər olan bir çox ixtilaflara bu hədis sayəsində son qoymaq olardı.
2 ehtimal ola bilər
-1cisi, Səid o vaxt Hz Əliyə (ə) qarşı təhqirləri görüb, Hz Əlinin (ə) də adını bu siyahıya daxil etməklə onun (ə) cənnət əhli olduğunu bildirməK, bununla da təhqir edilməməli olduğunu söyləmək istəyib.
-2cisi, daha güclü ehtimal budur ki, tarixdə yazıldığı kimi Səid Kufədə olanda, Müaviyyənin valisinin və tərəfdarlarının Hz Əliyə qarşı təhqirlərinə qarşı çıxması, Yezid vəliəhd təyin ediləndə də, beyət etməyib Mərvanla mübahisə etdikdən sonra, Müaviyyənin hiylələrindən və başına gələ biləcək təhlükələrdən qorxaraq özünün təhlükəsizliyini təmin etmək üçün, mən Əlini də , düşmənlərini də sevirəm fikrini yarada bilər.
Bəlkə də yuxarıdakı fikrilərin heç birisi doğru deyil və bu hədis Səidin adından uydurulmuşdur (ən məntiqli ehtimal). Yoxsa bir-biri ilə müharibə aparan 10 nəfərin hamısının cənnətlik olması hansı məntiqə sığar?

Şeir: Sahibəzzaman (ə.f)

Gözlərim yollara dikilib hər an
Ürəyim yollarda qəmli pərişan.
Zülmətdən işığa pənah gətirdim,
Yolların gözlərəm Sahibəzzəman.

Harda işıq gördüm ora yürüdüm,
Dedim nişanədir ondan bəlkə də
Günahlar içrə qul tək süründüm,
Gəlməzsən tərk edər iman bəlkə də.

Dedim səni gözlərəm, sonra unutdum,
Sənsiz sanki susuz səhrayə düşdüm
Görən nədir aramızda böyük uçurum?
Bəlkə də eşqimdə şübhəyə düşdüm.

Bir vaxt günah etdim, sonraysa tövbə,
Allahdan zühuru təcil dilədim,
Həqiqi əmələ çatanda növbə,
Şeytan yolumdaydı, yaman büdrədim.

Sənin ismin mənə şəfa veribdir
Başqa bir kəsi neynirəm ki mən
Necə ki möminlər belə deyibdir,
Yetiş imdadə, yetişginən sən!

Səhəri günahla, gecəni sənlə,
Keçirib nə qədər ağlamaq olar?
Bu qədər həsrətlə bu qədər ünlə,
Yenə də ürəyim tək səni anar.

Günah bizdədir ki, bizdən uzaqsan,
Sənə laiqincə şiə olmadı,
Uzaq olsan da bizə, həmişə dayaqsan
Mövlam bizi darda heç vaxt qoymadı.

Mədədi yenə də səndən istərəm,
Allahın bizlərə ey son hüccəti!
Zalim məhv olacaq, hər an deyirəm:
Allahın hökmüsə, qətidir, qəti!

27 июн. 2010 г.

Azər İbrahim peyğəmbərin (ə.s) atası idi yoxsa əmisi?

"Azər" adında birindən Quranda bəhs edildiyi doğrudur. Ancaq bu şəxs, Hz. İbrahimin atası deyil. Hərçənd Quranda bu mövzuda "Əb" sözü istifadə edilmişdir və bu sözün məşhur mənası atadır. Ancaq bu söz bəzən əmi üçün də istifadə edilməkdədir. Məsələn Qurani Kərim, Hz. Yaqub və övladları arasında olan söhbət zamanı, Hz. Yaqub onlardan belə soruşur:

(Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!”- dedilər. (Bəqərə 133)

Bu ayədə Allah Təala, həm İsmayılı həm də İshaqı, ikisini də Hz. Yaqubun atası olaraq göstərir. Halbuki hamımız bilirik ki Hz. İsmayıl, Hz. Yaqubun atası deyil, əmisidir. Amma məsələn "valid" sözü gerçək atadan başqası üçün qətiliklə istifadə edilməz. Buna görə də başqa bir ayədə Hz. İbrahimin gerçək atasından bəhs edərkən "Əb" deyil "Valid" sözü istifadə edilmişdir. İbrahim surəsinin 41-ci ayəsində belə buyrulur:

"Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!”

Bu ayənin orijinalında "Validəyyə" (atam və anam) kəlməsi istifadə edilmişdir.

Həmçinin Hz. İbrahimin əmisinə "Əb" sözü deməsinin mənası budur ki, İbrahim (ə.s) Peyğəmbərliyə ilk seçildiyi zamanlar, Azərə xitab edərək,

“Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” (Ənam, 74)

Azər bir ara Hz. İbrahimə Allaha tapınacağı sözünü verdi. Hz. İbrahim də

"...Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm..." (Mumtəhənə, 4)

Başqa bir ayədə buyurulur ki,

Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). (Tövbə, 114)

Yəni artıq tamamilə onunla əlaqəsini kəsdi. Bu hadisə dediyimiz kimi Hz. İbrahimin Peyğəmbərliyinin ilk illərində meydana gəlmişdir. Halbuki biz Hz. İbrahimin həyatının sonlarında belə dua etdiyini görürük:

"Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (İbrahim, 41)

Bu da açıq bir şəkildə Azərin Hz. İbrahimin atası olmadığını göstərir. Əgər atası olsaydı onun üçün istiğfar etməsi düşünülə bilməzdi. Tarixlərə də baxsaq, Hz. İbrahimim atasının adının Azər deyil, "Tarux" olduğu deyilir və həmçinin heç bir tarixdə atasının adının "Azər" olduğu yazılmamışdır.

Qəzəl: Əli (ə.s)

Bu nə əla eşqdir ki, qəlbimi viran eliyib,
Nəfsimə qalib olub, ismini fəğan eliyib.

Köksüm susuz səhra idi, onu görməmişdən ki mən
Qəlbimə daxil olub, köksü gülüstan eliyib.

Dünyanın heçdir dəyəri, onu görəndən sonra bil
Edirəm o şəxsə qibtə, kim ona iman eliyib.

Neyləyir bu cani səqir, olanda aşiqi kəbir,
Şəfaət gözləyən fəqir, can ona qurban eliyib.

Şair, o kimdir sorsalar, cavabın bu olsa gərək
Həbibəllah - canım fəda, dəşt-Xumda elan eliyib.

"Əhli-sünnə" Buxarini niyə bu qədər sevir?

Buxarini digərlərindən daha üstün hesab etmələrinin səbəbləri...

Bu sualın tək cavabı budur: Çünki Buxari;

1- Səhabə, xüsusilə də Əbu Bəkir, Ömər, Osman və Müaviyə əleyhindəki rəvayətləri dəyişdirmişdir. . . Bunu Müaviyə və ondan sonrakı xəlifələr əmr etmişdi.

Buxari Ömər qardaşlığı...

Müslim Səhihinin "Heyz Kitabı, Təyəmmüm Babı"nda yazır:

"Biri Ömərin yanına gələrək; "Mən cənabetli oldum, amma qüsl almaq üçün su tapa bilmədim (nə etməliyəm)?" deyə soruşdu. Ömər; "Namaz qılma!" dedi. Əmmar; "Ey Ömər!" -dedi. "Xatırlamırsanmı, mən və sən bir səfərdəydik, cənabetli olduq və su tapa bilmədik. Sən namaz qılmadın, amma mən torpaqlara bulanaraq namaz qıldım. Rəsulullah da buyurdu ki: "Əllərini yerə vurub torpaqları üfləsəydin və onunla üzünü və əllərinə məsh çəksəydin kafi idi."

Ömər; "Ey Əmmar! Allahdan qorx!" -dedi. Əmmar; "Əgər istəmirsənsə, bu hədisi başqalarına demərəm." deyə cavab verdi.

Səhih Müslim, "Heyz kitabı", "Təyəmmüm babı" hədis: 113


Bu rəvayəti Əbu Davud - Sünəni Əbu Davud. c.1, s.88, h.322
Əhməd ibn Hənbəl - Müsnədi Əhməd c.4, s.265
Nəsai - Sünnəni Nəsai c.1, s.17
İbni Macə - c.1, s.188, h.569
Beyhaqi - Sünəni Beyhaqi, c.1, s.209
də nəql etmişdir.


Amma Buxari, hədisin nəqlində əmanətə riayət etməmiş, Ömərin şərəfini qorumaq üçün xəyanət etmiş və hədislə oynamışdır. Çünki xəlifənin ən sadə dini hökmləri də bilmədiyini xalqın anlamasını istəməmişdir. Baxın indi Buxari "Təyəmmüm Kitabı"nda hədisi necə nəql edir:

"Biri Ömər ibn Xəttabın yanına gələrək dedi ki: "Mən cənabetli oldum və su tapa bilmədim." Əmmar ibn Yasir, Ömərə dedi ki: "Xatırlayırsanmı, mən və sən bir səfərdəydik...."

Hədis 5


Gördüyünüz kimi Buxari, Ömər ibn Xəttabın, "Namaz qılma!" dediyini qeyd etməmişdir. Çünki o, xalqın, Rəsulullahın zamanında belə Quran və sünnənin qarşısında ictihad edərək öz fikirləriylə əməl edən Ömərin belə bir məzhəbi olduğunu bilməsini istəmirdi. Halbuki, Ömər xəlifə olduqdan sonra da eyni məzhəbə sahib idi və bunu Müsəlmanların arasında yaymağa çalışırdı. İbni Həcər bu mövzuda yazır:

"Bu, Ömərin məşhur məzhəbidir."( Ömərin, bu məzhəbində olduqca ciddi olduğunun dəlili, Əmmarın bu sözüdür: "Əgər istəmirsənsə, bunu kimsəyə söyləmərəm."

2- Rəsulullahın (sallallahu əleyhi və alih) məsumluğu ilə uyğunlaşmayan və onu səhvlər işləyən normal bir insan kimi göstərən uydurma rəvayətləri bol şəkildə nəql etmişdir... Bunu əsrlər boyu çoxlu xəlifələr arzulamışdı.

3- Xüsusilə ilk üç xəlifənin Hz. Əlidən üstün olduqlarını göstərən rəvayətləri bol şəkildə nəql etmişdir... Müaviyə xüsusilə bu vəsilə ilə Hz. Əlinin adını tarixdən silmək istəyirdi.

4- Əhli Beyti tənqid edən uydurma hədisləri nəql etmişdir.

5- Qəza və qədər mövzusunda cəbri təsdiqləyən rəvayətləri nəql etmişdir... Əməvi və Abbasi xəlifələri, ümmətin üzərindəki rəhbərliyini qoruya bilmək üçün bu inancı yayırdılar.

6- Xalqı yatırtmaq üçün əfsanələrə bənzəyən axmaqlıqları rəvayət etmişdir... Buxarinin dövründəki xəlifələr də bunu istəyirdilər. Nümunə olaraq bu rəvayətə diqqət yetirin:


حَدَّثَنَا نُعَيْمُ بْنُ حَمَّادٍ، حَدَّثَنَا هُشَيْمٌ، عَنْ حُصَيْنٍ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ، قَالَ رَأَيْتُ فِي الْجَاهِلِيَّةِ قِرْدَةً اجْتَمَعَ عَلَيْهَا قِرَدَةٌ قَدْ زَنَتْ، فَرَجَمُوهَا فَرَجَمْتُهَا مَعَهُمْ‏



Əmr bin Meymun rəvayət etdi: Cahiliyyət dövründə zina etmiş bir meymunun başına çoxlu meymunların toplaşdığını görmüşdüm. Meymunlar onu (zina etmiş meymunu) daşlayırdılar. Mən də meymunlara qoşulub onu daşladım.


Əl-Buxari "Səhih" 3897-ci hədis
باب الْقَسَامَةُ فِي الْجَاهِلِيَّةِ
http://al-eman.com/hadeeth/viewchp.asp?BID=13&CID=130&SW=3897#SR1

Türk dilində 68-ci hədis

Bəlkə də Allah Təala meymunlara rəhm etdi də onları cənnətdən çıxardıqdan sonra, cahiliyyə dövründə onlara fərz etdiyi "rəcm" hökmünü ləğv edərək İslam gəlincə zinanı onlara halal etdi! Buna görə Rəsulullahın (sallallahu əleyhi və alih) besətindən sonra heç bir müsəlman zina edən bir meymunu daşladığını və ya onun meymunlar tərəfindən daşlandığını gördüyünü iddia etməmişdir!

Şeytanın etirafları

1- İmam Sadiq (a.s)dan belə rəvayət edilmişdir: “İblis (Şeytan) belə demişdir: “Beş adama mənim edə biləcəyim bir şey yoxdur, onlardan başqa qalanları isə mənim əlimdədirlər: Sadiq bir niyyətlə Allaha sarılan və bütün işlərində ona güvənən, təvəkkül edən kimsə; gecə və gündüzdə Allahı çox təsbeh (zikr) edən (Onu davamlı xatırlayan, unutmayan) kimsə; özü üçün istədiyini mömin qardaşı üçün də istəyən kimsə; qarşılaşdığı müsibət və bəlalar qarşısında özünü itirməyən (səbirli olan) kimsə; Allahın özünə qismət etdiyi ruziyə razı olan və ruzi narahatlığına qapılmayan kimsə.” (Biharul Ənvar, c. 69, s. 378)

2- Şeytanın Hz. Nuha (ə.s) etirafları: “…Ey Nuh .. üç yerdə məni xatırla; çünki o üç yer, mənim insana ən yaxın olduğum yerlərdir; (bil ki mən o üç yerdə insanı aldada bilərəm): Qəzəbləndiyin zaman məni xatırla; iki adam arasında hökm vermək istədiyin zaman məni xatırla; tək bir yerdə (naməhrəm) bir qadınla tək başına qaldığın zaman məni xatırla.”

3- Şeytanın Hz. Musaya (ə.s) etirafı: “Bir sədəqə vermək istədiyin zaman, onu (dərhal) yerinə yetir. Çünki bir qul sədəqə vermək istədiyi zaman mən onun yanına soxular, onu imtina etdirənə qədər məşğul olaram.”

4- Şeytanın Rəsulu Əkrəm Hz. Məhəmmədə (s.ə.v) etirafları: “Bir gün Şeytan ilə Rəsulullah arasında keçən uzun bir söhbətdən sonra Allah Elçisi Şeytandan səhabələrinə öyüd verməsini istədi; Şeytan da Rəsulullahın şəfaətinə ümid edərək Rəsulullahın səhabələrinə bu nəsihətləri etdi: “Ey Peyğəmbərin səhabələri, səadətə qovuşmaq istəyirsinizsə, öyüdlərimi dinləyin və məni unutmayın:

1. Namaz vaxtı girəndə, namaz üçün tələsin, yoxsa mən sizə vəsvəsə edib bir işlə məşğul edərəm və beləcə namazdan məhrum olarsınız.

2. Naməhrəm qadınlara baxmayın; yoxsa azarsınız.

3- (Kişiləri maraqlandıran mövzularda) qadınların dediyinə qulaq asmayın; yoxsa dininiz pozular.

3. Xeyir əməl etmək istədiyiniz zaman, tələsik edin; yoxsa mən dərhal yetişər, mane olmağa çalışaram.

4. Qonağa dəyər verin; çünki qonaq Allahın bir hədiyyəsidir.

5. Allahın kəlamını (Quranı) çox oxuyun və dinləyin; çünki Quranı oxuyan da savab qazanar, dinləyən də.

6. Alimlər, zahidlər və salehlərlə çox oturub qalxın; çünki bu itaətlərin ən üstünüdür.

Bilin ki Allah məni yaratdığı zaman, yalnız Ona itaət etməyi seçdim; lakin Adəmi yaradıb ona səcdə etməyimi əmr etdiyi zaman, mən itaət etmədiyim üçün, məni dərgahından qovdu və onun lənətinə uğradım ki başqa mələklər bundan ibrət götürsünlər. Ya Rəsulullah, sən bilirsən ki mən Allaha yaxın bir kimsəydim; neçə min dənə “İsmi Əzəm” bilirdim; üç yüz min il Allaha ibadət etdim, mələklərin müəllimliyini etdim; mələklər məni mədh edərdilər. Mənim bu günə düçar olmağım, qürur və özümü bəyənməyimdən oldu. O halda siz də mənim kimi özünüzü atəşə atmayın.” Bunları söylədikdən sonra şiddətli bir şəkildə ağladı. Belə ki halına Rəsulullah da acıdı…. Sonra Allah Elçisi üzünü səhabələrinə çevirərək belə buyurdu: “Ey mənim səhabələrim, tövbə edin və Şeytanın dediklərindən çəkinin ki, onun şərindən amanda qalasınız, inşallah. ”


5- Yenə Şeytanın Rəsulullaha (s. a. a) etirafları: Bir gün Rəsulu Əkrəm (s.ə.v) Mədinə məscidindən çıxarkən Şeytanı məscidin qapısında gördü və, “Niyə bura gəlmisən?”- deyə soruşdu. Şeytan belə dedi: “Mən Allah tərəfindən göndərilmişəm ki, suallarına cavab verim.”

Allah Elçisi (s.ə.v) belə soruşdu: “Ey lənətlənmiş, niyə ümmətimi camaat namazından saxlayırsan?”

Şeytan: “Ümmətin camaat namazına getdiyi zaman, şiddətli bir atəş mənim bədənimi bürüyür və camaat dağılana qədər, onu özümdən uzaqlaşdıra bilmirəm.”

Rəsulullah (s.ə.v): “Niyə ümmətimi duadan məhrum edirsən?”

Şeytan: “Çünki onlar dua ilə məşğul olduqları zaman, mən kor və dilsiz oluram; onlar dağıldığı zaman, mənim korluq və dilsizliyim də düzəlir.”

Rəsulullah (s.ə.v): “Niyə ümmətimin Quran oxumasına mane olursan?”

Şeytan: “Çünki onlar Quran oxuduqları zaman, mən lehim kimi əriyirəm.”

Rəsulullah (s. a. a): “Niyə ümmətimi cihaddan məhrum edirsən?”

Şeytan: “Çünki onlar cihada çıxdıqları zaman, onlar dönənə qədər mənim iki ayağıma ağır halqalar bağlayırlar.”

“Onlar həccə getdikləri zaman, onlar dönənə qədər məni ağır zəncirlərlə bağlayırlar. Onlar sədəqə verdikləri zaman mənim başımı odun kimi mişarla kəsirlər.”

Qeyd: Bütün bu təmsillər Şeytanın o vəziyyətlərdəki şiddətli narahatlığını ifadə etmək üçündür.

Hədis : Niyə qiyam etmirsiz?

İmam Cəfər Sadiq (ə) və Səhl ibn Həsən

Mə`mun Rıqqi belə nəql edir:

Bir gün İmam Sadiqin hüzurunda idim, Səhl ibn Həsən Xorasani İmam (ə.s)-ın yanına gəldi, salam verib oturdu. Sonra belə dedi:

"Ey Rəsulullahın nəvəsi! İmamət (məqamı) sizin haqqınızdır. Çünki siz, şəfqət və rəhmət ailəsisiniz. Niyə haqqı almaq üçün qiyam etmirsiniz? Halbuki sizin təqibçilərinizdən yüz min adam, kəsici qılınclarıyla sizin kənarınızda düşmənlə döyüşməyə hazırdırlar!"

İmam (ə.s) onun bu sözünə qarşılıq belə buyurdu:

"Ey Xorasani! Otur həqiqət sənə aşkar olsun"

İmam (ə.s) cariyəsinə, təndiri yandırmasını əmr etdi, təndir dərhal alovlanmağa başladı, belə ki onun alovu təndirin üst tərəfini işıqlandırdı. İmam (ə.s) Səhlə: "Ey Xorasani! Qalx bu təndirin içində otur!" - buyurdu.

Xorasanlı adam (Səhl) bəhanə axtarmağa başlayıb belə dedi: "Ey Rəsulullahın nəvəsi! Məni odla yandırma, bu günahkarı bağışla!"

İmam (ə.s): "Narahat olma, səni bağışladım" - buyurdu.

Bu vaxt Harun Məkki, naleynini (ayaqqabısını) əlinə aldığı bir halda, ayaqyalın içəriyə girib salam verdi. İmam (ə.s) onun salamının cavabını verdi və belə buyurdu:

"Naleyni at və təndirdə otur!"

Harun naleynini atıb dərhal təndirin içinə girdi!

İmam (ə.s), Xorasani ilə söhbət etməyə başladı. Xorasanın bazarının vəziyyətindən və oranın xüsusiyyətlərindən elə danışırdı ki, sanki uzun illərcə orada qalmışdı. Daha sonra Səhldən, təndir vəziyyətinin necə olduğuna baxmasını istədi. Səhl deyir: "Təndirin başına çatanda, Harunun atəşlər arasında diz üstündə oturmuş olduğunu gördüm. Məni görər-görməz təndirdən çölə çıxdı və bizə salam verdi."

İmam (ə.s) Səhlə: "Xorasanda bunun kimi neçə adam var?" - deyə soruşdu.

Xorasani : "Allaha and olsun ki, bir adam da tapılmaz" - dedi.

İmam (ə.s) da onun bu sözünə qarşılıq: "Bəli, Allaha and olsun ki, bir adam da tapılmaz. Əgər bunun (Harun) kimi beş adam da olsaydı, biz qiyam edərdik" - buyurdu.


(Biharul-Ənvar, c. 47, s. 123)

Həzrəti Əli (ə.s) üçün Günəşin batması təxirə salındı

Bismillah.
Peyğəmbərin möcüzələrindən biri də "Günəşin qayıtması"dır. Əvvəlcə, "14 məsumdan möcüzələr" kitabından bu hədisi gətirək, şiə mənbəsi ilə:

GÜNƏŞİN QAYITMASI

Həzrəti Mühəmməd(s), Əlini(ə.s) bir iş dalınca göndərdi. Əsr namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli(ə.s) qayıtmamışdı. Əli(ə) Peyğəmbərin(s) yanına gələndən sonra, Peyğəmbər(s) başını paltarına büküb, Əlinin(ə) dizi üzərinə qoyub, Allah tərəfindən gələn vəhyi, günəş batmasına bir az qalmışa qədər dinləməyə (eşitməyə) məşğul oldu. Vəhy sona yetəndən sonra Həzrət(s), Əlidən(ə.s) sual etdi: Əsr namazını qılmısan?
Əli(ə) cavab verdi: Xeyr, Ya Rəsuləllah! Sizin mübarək başınızı dizimin üzərindən götürə bilmədim.
Peyğəmbər(s) duaya ələ götürüb dedi: İlahi! Əli sən və sənin Rəsulunun itaətinə məşğul idi. Bəs günəşi onun üçün qaytar!
Əsma deyir: And olsun Allaha! Gördüm günəş qayıtdı və onun nuru ətrafa yayıldı. Əsr namazının fəzilətli zamanı qayıtdı. Əli(ə) namazını qıldı və yenidən günəş qüruba endi.
(Biharul Ənvar, 17-ci cild, səhifə 359)

http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081214045957

Bu hədisi qəbul etməyənlərə baxdıqda, görürük ki, arasında vəhhabilərin ulu öndərləri yer alıb:

1. Əli ibn-Mədini (ət-Tac əs-Sübki Təbəqə tüş-Şafiıyyətit Kübra: 2/150)

2. Əhməd b. Hənbəl: Bu iki şəxs: "Bunun əsli yoxdur ".demişdir.

3. İbnül-Cəvzi, "Məvzuat" (1/355-357)

4.İbn Teymiyyə "Minhacüs sünnə" (4/185-195)

5.Zəhəbi (baxın. İbn Arrak, Tənzihüş-Şəriati Mərfua (1/379-380))

6.İbn Qəyyum "Əl-Cövziyyə" (s. 57)

7.İbn Kəsir (Əl-Bidayə vən-Nihayə: 1/323)

8. Hafiz Dələci.

Ancaq hədisi qəbul edən əhli sünnə alimləri qəbul etməyənlərdən 2 dəfə çoxdur. Həmçinin öz əsərlərində bə`zi maraqlı nüansları qeyd ediblər.

1. İmam Əhməd ibn Saleh əl-Mısri,
2. İmam Tahavi: "Müşkilül-Əsər" (2/8-11)
3. Əbul-Qasim əl-Əmiri,
4. Hakim Nişapuri,
5. Beyhəqi "Dəlaiün-Nübüvvə" kitabında,
6. Qazi İyaz "Şəfa" kitabında,
7. Hafiz Heysəmi, "Məcmaüz-Zəvaid"də (8/297),
8. Hafiz Vəliyyüddin ibn Zeynəddin İraqi "Tərh əl-Təsrib" (7/247)

Bu hədisin səhih olduğuna hökm etmişlər.

9. Hafiz İbn Hacər "Fəthül-Bari" (6/155)

Bu hədisin səhih olduğuna hökm etmişdir.

Hafiz İbn Hacər; bu mövzuya "Qənimətlər sizə halal edildi" başlıqlı babda yer alan bu hədisi açıqlayarkən təmas etmişdir:

Əbu Hureyredən rəvayət edildiyinə görə; Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:

32
-.......Əbu Hureyra....

......"Peyğəmbər bu təlimatı verdikdən sonra gazaya getdi və nəhayət ikindi namazı vaxtında yaxud buna yaxın bir zamanda fəth edəcəyi diyara yaxınlaşanda günəşə xitab olaraq: "Sən bir məmursan, mən də bir məmuram" - dedi və: "Ya Allah! Bu günəşi bizim üzərimizdə bir az dayandır!" - deyə dua etdi. Ardınca Allah bu peyğəmbərə fəth verənə qədər günəş onun üzərində dayandırıldı. Nəticədə o peyğəmbər qənimətləri yığdı......

"Səhih Buxari", "Xüms kitabı", "Peyğəmbərin "Qənimətlər sizə halal qılındı" sözü babı" Hədis 32

Qeyd: "Səhih Müslimdə" də bu hədis keçməkdədir. Bax: "Səhih Müslim" , "Cihad" kitabı, "Qənimətlərin xüsusiyyətən bu ümmətə halal qılınması" Babı. Hədis 1427


İbn Hacər:

"Qazı İyaz belə demişdir: Hədisdə keçən Allahın Nəbisi Yuşa ibn Nun (ə.s) üçün Günəşin dayanması mövzusunda fərqli görüşlər irəli sürülmüşdür. Bir görüşə görə bir az əvvəlki vəziyyətə qaytarılmışdır.

Bir görüşə görə dayandırılmışdır. Bir başqa görüşə görə günəşin hərəkəti yavaşladılmışdır. Üç görüş də ehtimal daxilindədir.

İbn Battal və başqalarına görə üçüncü görüş seçimə daha layiq olan görüşdür."

"Tahavi, "Məcməul Kəbir" müəllifi Təbərani, Hakim və "Dəlail" müəllifi Beyhəqi, Əsmə b. Umeys ®-dan bu hədisi rəvayət etmişlər: "Peyğəmbərimiz (s.ə.v), Hz. Əlinin dizində yatıb Hz. Əli ikindi namazını keçirəndə günəş qaytarıldı. Hz. Əli ® namazını qıldıqdan sonra batdı." Bu hədis, son dərəcə üstün bir möcüzədir.

İbnül-Cövzi, Hz. Əli üçün günəşin qaytarılması hədisini uydurma hədislər arasında zikr etməklə; eyni şəkildə ibn Teymiyyə də bu hədisin uydurma olduğunu iddia edərək Rafizilərə Rədd üçün yazdığı kitabında bunu zikr etməklə səhv etmişlər."

10. Qəstəlani "Məvahibul-Ləduniyyə" ((5/113-118)
11. Suyuti "Əl Ləyali Məsnu" (1/336-341) bu mövzuda İbn Hacərə tabe olmuşdur.
12. Eyni şəkildə Hafiz Məhəmməd b. Yusuf əs-Salehi,
13. Səhavi "əl-Məqasıdül Həsənə"də (s. 226),
14. İbn Arrak "Tənzih"də (1/378-382)
15. Əliyyül-Qari "Şərhuş-Şifa" (1/589-590),
16. Acluni, "Kəşfül-Hafa" (1/516) Rəddüş-Şəms mövzusunda,
17. Kövsəri "Makaiaf"da (s. 470) "Təhavinin əsərləri" başlıqlı məqaləsində bu hədisin sənədlərini yığıb hədisin səhih olduğuna hökm etmişlər.