28 июн. 2010 г.

"Cənnətlə müjdələnən səhabələr" hədisi

1. Səhih Buxari və Səhih Müslimdə bu hədis (cənnətlə müjdələnənlər) yoxdur.

2. Bu hədis cəmi 2 səhabə tərəfindən nəql olunur ki, onlar da həmən 10 nəfərin içindədirlər. Biri Əbdürrəhman ibn Afv, digər Səid ibn Zeyd. Burada şübhə yaranır. Həmin şəxslər özlərini mədh də edə bilərlər.

3. Əgər 3-cü ravi kimi Əbdürrəhman ibn Həmidi misal gətirsəz, nəzərə alsaq ki o da atasından (Həmid Əbdürrəhman Əz-Zuhri ) nəql edib, üstəlik atası da bir dəfə Əbdürrəhman ibn Afvdan (yuxarıda adı çəkilib), bir dəfə də peyğəmbərdən nəql edib.
- əz-Zuhri səhabə deyil tabeidir. Demək ki Rəsuləllahdan nəql etməyi doğru deyil
- Əbdürrəhman ibn Afvdan da nəql etməyi doğru deyil. Çünki Həmid Əbdürrəhman Əz-Zuhri ibn Afvın ölümündən bir il sonra və ya həmən il dünyaya göz açıb. 1 yaşındakı uşaqmı rəvayət edəcək? ("Təhzibüt Təhzib")

4. Rəvayəti nəql edən Səid ibn Zeyd. Bu hədis 2 sənədlə ondan nəql edilib. Hədisi Səid Müaviyyə dövründə Kufədə, Kufə məscidində nəql edib.
Bu qədər zaman keçməyinə baxmayaraq Səid ibn Zeyd nə üçün bu hədisi əvvəllər nəql etməyib? Halbuki o vaxta qədər olan bir çox ixtilaflara bu hədis sayəsində son qoymaq olardı.
2 ehtimal ola bilər
-1cisi, Səid o vaxt Hz Əliyə (ə) qarşı təhqirləri görüb, Hz Əlinin (ə) də adını bu siyahıya daxil etməklə onun (ə) cənnət əhli olduğunu bildirməK, bununla da təhqir edilməməli olduğunu söyləmək istəyib.
-2cisi, daha güclü ehtimal budur ki, tarixdə yazıldığı kimi Səid Kufədə olanda, Müaviyyənin valisinin və tərəfdarlarının Hz Əliyə qarşı təhqirlərinə qarşı çıxması, Yezid vəliəhd təyin ediləndə də, beyət etməyib Mərvanla mübahisə etdikdən sonra, Müaviyyənin hiylələrindən və başına gələ biləcək təhlükələrdən qorxaraq özünün təhlükəsizliyini təmin etmək üçün, mən Əlini də , düşmənlərini də sevirəm fikrini yarada bilər.
Bəlkə də yuxarıdakı fikrilərin heç birisi doğru deyil və bu hədis Səidin adından uydurulmuşdur (ən məntiqli ehtimal). Yoxsa bir-biri ilə müharibə aparan 10 nəfərin hamısının cənnətlik olması hansı məntiqə sığar?

Комментариев нет:

Отправить комментарий